Balakəndə və Bakının bu qəsəbəsində  qaz kəsiləcək
05 mart 2024 18:53 (UTC +04:00)

Balakəndə və Bakının bu qəsəbəsində qaz kəsiləcək

Sabah saat 09:00-dan “Katex” QPS-in daxilində aşkar olunmuş qaz sızmasının ləğvi, saat 10:00-dan “Buzovna” QPS-dən qidalanan “Broylerətrafı (Quşçuluq)” yaşayış massivinə gedən qaz kəmərinin birləşmə nöqtəsinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

Lent.az-ın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbərinə görə, təmir işləri aparılan zaman Balakən rayonu üzrə Katex və Baretbinə kəndlərinin, paytaxtın Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 2781
avatar

Oxşar yazılar