Bakıda mənzildən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata əsasən, paytaxtın Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 90 yaşlı Kolendr Ester Moiseevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.