Bakı-Moskva reysi ilə uçan təyyarə hava limanına geri qayıtdı - SƏBƏB
10 iyul 2022 09:45 (UTC +04:00)

Bakı-Moskva reysi ilə uçan təyyarə hava limanına geri qayıtdı - SƏBƏB

0

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən "Airbus A340" hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, "Airbus A340" təyyarəsi saat 09:11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər hoteldə yerləşdiriləcək və lazımi əşyalarla təmin olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2536

Oxşar yazılar