«Nabucco»nun çəkilməsi 2020-ci ildən sonraya qala bilər
«APA-ECONOMICS»in məlumatına görə, bunu «PFC Energy» enerji konsaltinq şirkəti bəyan edib. «Nabucco» kimi iri layihələr isə qazın nəqlinə vəziyyətdən asılı olaraq 2020-ci ildən sonra başlaya bilər. Bu nəticələr şirkətin hazırladığı «Avropanın Cənub Dəhlizi: Bu hansı formada olacaq?» adlı araşdırmasında yer alıb.
Adı çəkilən tədqiqat hazırlanarkən Cənubi Avropa Dəhlizinin inkişafına, yaxud Azərbaycanın növbəti 10 il ərzində layihələndirilmiş təbii qaz istehsalına, dəhliz olacaq boru kəmərinin seçim kriteriyaları, texniki mükəmməllik dərəcəsi, təklif olunan layihələrin kommersiya effektivliyi və təhlükəsizliyinə təsir edə bilən bütün amilləri yoxlayıb və nəzərə alıb.
Sənədə əsasən, bir çox layihələr müxtəlif mənbələrdən (Azərbaycan, Türkmənistan, İran, İraq) Avropaya təbii qaz nəql etmək üçün yarışırlar, halbuki 2020-ci ilə qədər təbii kəmərləri qazla təmin edən yeganə mənbə «Şahdəniz-II» layihəsi olacaq. Tədqiqat onu da göstərir ki, qazın həcminin daha böyük olmaması səbəbindən hazırkı mərhələdə yalnız bir boru kəməri layihəsi reallaşa bilər.
«PFC Energy»nin ekspetləri hesab edirlər ki, sonrakı mərhələdə və Azərbaycandan daha da çox qaz əldə olunduqca, Balkan ölkələrini birləşdirən kəmərlər «Nabucco» kimi beynəlxalq kəmərlərə dəstək ola bilər.
TGI layihəsinin sponsorlarından biri olan Yunanıstanın «DEPA» qaz şirkətinin icraçı direktoru Harri Saçinis deyib ki, tədqiqatın nəticələri Cənub Dəhlizi ilə bağlı «DEPA»nın baxışlarını təsdiqləyir. IGB (Interconnector Greece-Bulgaria) və IGI (Interconnector Greece-Italy) sistemlərini əhatə edən ITGI sistemi Cənub Dəhlizinin birinci fazası üçün ən mükəmməl və ən real layihədir, həmçinin Azərbaycan, onun tərəfdaşları və Avropa İttifaqının strateji maraqlarına uyğun gəlir.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28