DəmirBank müştəri xidməti keyfiyyəti üzrə əməkdaşlar üçün treninq layihəsi keçirib
05 avqust 2011 12:41 (UTC +04:00)

DəmirBank müştəri xidməti keyfiyyəti üzrə əməkdaşlar üçün treninq layihəsi keçirib

Treninq proqramı təlimçi ekspert Nino Karseladze tərəfindən Bakı filiallarının əməliyyatçıları və bir sıra digər əməkdaşlar üçün həyata keçirib. Bu müddət ərzində ekspert şənbə günləri treninqlər keçirib, iş günləri isə növbə ilə Bakı filiallarında müştəri xidməti prosesini izləyərək filial rəhbərlərinə və əməkdaşlara gündəlik tövsiyələr verib.

Treninq proqramı ərzində müxtəlif testlərdən, praktiki məşğələlərdən və video çarxlardan istifadə edilib. Proqramın sonunda iştirakçılar arasında yekun test keçirilib və müvafiq əməkdaşlara sertifikatlar təqdim olunub.

DəmirBank müştəri xidməti sahəsində müxtəlif tədbirlər həyata keçirir. 2010-cu ildə Bankda “Müştəri xidməti və davranış Standartları” hazırlanıb və onun əsasında əməkdaşlara ötən il də treninqlər keçirilib. Müştəri xidmətinin inkişafı üçün DəmirBank son aylar ərzində 4 filialını yeni ofislərə köçürüb və daha 2 filial köçürüləcək. Bank bir sıra filiallarda yeni korporativ interyer tərtibat standartlarını tətbiq edib.

DəmirBank müştəri xidmətinin inkişafı üçün həmçinin xidmətlərin şərtlərinin optimallaşdırılması, məlumat vasitələrinin yenilənməsi, infrastruktur layihəsi üzrə İT və rabitə sistemlərinin yenilənməsi və bir sıra digər işlər də həyata keçirir.
# 541

Oxşar yazılar