Antiinhisar xidməti sərinləşdirici içki istehsalçılarına cəza kəsdi
04 avqust 2011 15:50 (UTC +04:00)

Antiinhisar xidməti sərinləşdirici içki istehsalçılarına cəza kəsdi

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin saytına istinadən xəbərinə görə, Binəqədi qəsəbəsi, 4-cü Mədən küçəsi, 276-cı məhəllədə "Budad LTd"-yə məxsus sexdə aparılan yoxlama zamanı "Budad" kvas içkisinin müvafiq reseptura və texnoloji təlimat olmadan istehsal edilməsi, "Budad" qazsız içkilərinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, qazsız içkilərin etiketlərində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin, eləcə də məhsulun istehsal tarixinin, kvas içkisinin üzərində isə məhsulun enerji dəyəri və istehsalçısı barədə məlumatların göstərilməməsi səbəbindən "Budad LTd" barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nəticədə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "Budad LTd"-yə 4,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Xətai rayonu, Ə.Novruzov küçəsində Qüdrət Abasova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı isə "Tərxun" sərinləşdirici içkisinin, qazsız suların gigiyenik və uyğunluq sertifikatları, qazlı suların uyğunluq sertifikatı, "Düşes" sərinləşdirci içkisinin müvafiq reseptura və uyğunluq sertifikatı, albalı və şaftalı nektarlarının isə müvafiq reseptura olmadan istehsal edilməsi, qazlı suların etiketlərində saxlama müddətinin normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərilməsi, "Çernoqolovka" adı ilə istehsal olunan sərinləşdirici içkilərin üzərində iki müxtəlif saxlama müddətinin qeyd edilməsi, habelə sərinləşdirici içkilərin istehsalında mənşəyi məlum olmayan albalı və şaftalı nektarı qatqılarından istifadə edilməsi səbəbindən bu sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Fiziki şəxs Qüdrət Abbasov isə 897 manat maliyyə sanksiyası tətbiq edilib.
# 598

Oxşar yazılar