DəmirBank Migom sistemi ilə pul köçürmə xidmətlərini bərpa edib
03 avqust 2011 14:19 (UTC +04:00)

DəmirBank Migom sistemi ilə pul köçürmə xidmətlərini bərpa edib

Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB ölkələrində Migom sistemi ilə müştərilər ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. DəmirBank Migom sisteminin yeni versiyasını Azərbaycanda ilk dəfə tətbiq edib ki, bu da əvvəlki versiya ilə müqayisədə texniki və təhlükəsizlik cəhətdən bir sıra üstünlüklərə malikdir.

Pul köçürmə xidmətlərini DəmirBank-ın 31 filial və şöbəsində həyata keçirmək mümkündür. Bank Western Union, Bıstraya Poçta, Contact, Zolotaya Korona, Coinstar, Blizko, PrivatMoney və Migom sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. DəmirBank özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri də göstərir.

DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur. Həmçinin pul köçürmələri üzrə hər ay keçirilən uduş kampaniyasında 16 müştəri - 1 nəfər 1000 manat, 5 nəfər 200 manat və 10 nəfər 100 manat məbləğində pul vəsaiti uda bilər.

Bankın pul köçürmə xidmətləri və kampaniyaları barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə müştərilər ətraflı məlumat əldə edə bilər.
# 561

Oxşar yazılar