Azərbaycan 6 ayda 17,4 milyard dollarlıq ticarət əməliyyatı aparıb
2011-ci ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları, həmçinin, ayrı-ayrı fiziki şəxsləri 138 xarici dövlətlə 17,4 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıb.
Lent.az-ın Dövlət Statistika Komitəsinin saytına istindən xəbərinə görə, əmtəə mübadiləsinin 2,9 milyard dolları MDB üzvü dövlətləri, 14,5 milyard dolları digər ölkələrlə həyata keçirilib.
2010-cu ilin altı ayı ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,3 faiz, o cümlədən MDB üzvü dövlətləri üzrə 32,7 faiz, digər dövlətlər üzrə isə 6,1 faiz çox olub. Xarici ticarət dövriyyəsinin 13,1 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 4,3 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib, 8,7 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80,7 faizi) İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Malayziya, İndoneziya, Belarus, Almaniya, Hindistan, İsrail və Çin dövlətləri ilə aparılıb.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28