Azərbaycan sentyabra qədər Türkiyəyə qaz nəqli məsələsini yekunlaşdıracaq
02 avqust 2011 16:45 (UTC +04:00)

Azərbaycan sentyabra qədər Türkiyəyə qaz nəqli məsələsini yekunlaşdıracaq

Lent.az-ın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bu gün ölkəsinin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirin.

Səfir deyib ki, Türkiyə baş nazirinin ölkəmizə səfəri çərçivəsində bu ölkənin enerji və təbii sərvətlər naziri ilə ARDNŞ rəhbəri arasında görüş keçirilib.

H. Kılıçın sözlərinə görə, Türkiyənin Azərbaycanla viza məsələsini gündəmə gətirməsinin ardında qaz nəqlinə dair danışıqların yatdığını söyləmək əsassız olar: “Mən bu iki məsələni ayrı tuturam. Qaz nəqlinə dair danışıqlar zamanı gələndə bitəcək. Viza məsələsi isə 4 ildir bizim gündəmimizdədir. Bu iki məsələni bir-birilə bağlamaq lazım deyil”.

Anar GƏRAYLI
# 406

Oxşar yazılar