Bu il Türkiyə ilə illik ticarət dövriyyəsi 3 milyard dollar olacaq
Ötən il Türkiyə ilə Azərbaycanda ticarət əlaqələrinin illik dövriyyəsi 2,5 milyard dollar olub
“Ötən il Türkiyə ilə Azərbaycanda ticarət əlaqələrinin illik dövriyyəsi 2,5 milyard dollar olub. Bu ilin ilk 5 ayında isə bu rəqəm 1,4 milyard dollara çatıb. İlin sonunadək bu rəqəmin 3 milyard dollar olacağına ümid edirik”.
Lent.az-ın məlumatına görə, bunu avqustun 2-də Türkiyə səfirliyində bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında çıxış edən səfir Hulusi Kılıç deyib. O bildirib ki, baş nazir Ərdoğanın seçkilərdən sonra ikinci xarici səfərini Azərbaycana etməsi iki ölkə arasında olan münasibətlərin səmimiyyətini, möhkəmliyini göstərir. Səfir deyib ki, baş nazirin Azərbaycan səfəri çərçivəsində bir sıra məsələlər müzakirə olunub. Bunlar iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələr, bölgənin ümumi problemləri, həmçinin türk dünyasının mövcud problemləri və onların aradan qaldırılması istiqamətində atılması mümkün olan addımlardır.
H. Kılıçın sözlərinə görə, bu səfər türk xalqı üçün önəmlidir.
Anar GƏRAYLI

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28