ABŞ jurnalı: “Nabucco”nun taleyi Azərbaycandan asılıdır
APA-nın məlumatına görə, Amerikanın nüfuzlu “The Wall Street Journal” qəzeti bu başlıqla məqalə dərc edib. Məqalə müəllifi Alessandro Torello yazır ki, Rusiyadan qaz asılılığını azaltmaq arzusunda olan Avropa İttifaqı üçün Azərbaycanın mövqeyi bu mənada çox mühüm olacaq. “İlin sonuna kimi Azərbaycanın “Şahdəniz 2” yatağından hasil ediləcək qaz üçün uzun müddətli alıcıları seçəcəyi gözlənilir. Burada təqribən bir trillyon kub metrdən çox təbii qaz var”, - deyə məqalədə qeyd olunur.
Nəşr yazır ki, bu ilin iyun ayında Azərbaycan prezidenti İlham Əliyev qazın Avropaya istiqamət götürəcəyini təsdiq edib, amma bunun konkret marşrutunu açıqlamayıb.
ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirova istinad edən qəzet bildirir ki, Azərbaycan gələcəkdə nəql qabiliyyəti genişləndirilə biləcək orta tutumlu boru xəttinə üstünlük verir: “Azərbaycan iri həcmli boru layihəsinə soyuq yanaşır. ARDNŞ mümkün qədər çox avropalı müştəri əldə etmək və bunun müqabilində yaxşı vəsait qazanmaq niyyətindədir”.
“The Wall Street Journal” yazır ki, regionun təbii qazla digər zəngin dövləti Türkmənistandır. Lakin Rusiya və İranın müxalif mövqeyi səbəbindən bu ölkənin Avropa önündə öhdəlik götürəcəyi inandırıcı deyil. Nəşrin qənaətinə görə, məhz bu səbəbdən “Nabucco” üçün Azərbaycanın tutacağı mövqe həlledici olacaq.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28