İki xarici dövlətin sertifikatlaşdırma orqanının fəaliyyəti razılaşdırılıb
Keyfiyyəti idarəetmə sistemləri üzrə iki orqanın fəaliyyəti razılaşdırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tikinti və inşaat materiallarının, idxal olunan ərzaq məhsullarının və mebelin sertifikatlaşdırılması üzrə orqanlar akkreditasiya olunub, keyfiyyəti idarəetmə sistemləri üzrə iki orqanın fəaliyyəti razılaşdırılıb.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “AZSERTSERVİS” MMC tikinti və inşaat materiallarının sertifikatlaşdırılması üzrə orqan kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub.
Orqanın əsas məqsədi istehsal və idxal edilən tikinti və inşaat materiallarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan malları sertifikatlaşdırmaqdır. “İNTERSTANDARTSERVİS” MMC mebel üzrə sertifikatlaşdırma orqanı kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub. Orqanın əsas məqsədi istehsal və idxal edilən mebel məhsullarının və mebel məhsulları üçün yarımfabrikat məmulatlarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan məhsulları sertifikatlaşdırmaqdır.
“SERTİFİKAT SERVİS” MMC isə ərzaq məhsullarının sertifikatlaşdırma orqanı kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub. Orqanın əsas məqsədi ərzaq məhsullarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan məhsulları sertifikatlaşdırmaqdır. Hər üç orqan öz fəaliyyətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin normativ sənədlərini rəhbər tutur və onlar tərəfindən verilən uyğunluq sertifikatlarının dövlət reyestrində qeydiyyatını Dövlət Komitəsi aparır.
“Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli Fərmanına uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə daha 2 sertifikatlaşdırma orqanının Azərbaycan Respublikası ərazisindəki fəaliyyəti razılaşdırılıb. Bunlar “Russkiy Reqistr-Azərbaycan” MMC-nin idarəetmə sistemlərinin sertifikatlaşdırma orqanı və Türk Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyidir.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28