
Dövlət Avtomobil Nəqliyyatı Xidməti yaradıldı
Lent.az Azərtac-a istinadən xəbər verir ki, Fərmanla “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə” təsdiq edilib. Nazirlər Kabinetinə tapşırılıb ki, 15 gün müddətində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin strukturunu və işçilərinin say həddini təsdiq etsin. İki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Bu müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Nəqliyyat Nazirliyinə tapşırılsın ki, bir ay müddətində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiq etsin.
Nəqliyyat Nazirliyinə tapşırılsın ki, bir ay müddətində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiq etsin.
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28