Büdcədəki sərbəst qalığın idarəetməyə verilməsi qaydaları dəyişdi
Nazirlər Kabineti 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları”nda dəyişiklik edib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, bundan sonra sərbəst qalıq vəsaitlərinin idarə edilməsi və ya idarəetməyə verilərək yerləşdirilməsi istiqamətlərinin müəyyən olunması Maliyyə Nazirliyinin Kollegiyası tərəfindən həyata keçiriləcək.
Bu zaman idarəetməyə veriləcək sərbəst qalıq vəsaitlərinin (investisiya portfeli) proqnozlaşdırılan həcmi, likvidlik və kredit riskləri üzrə tələblər, habelə proqnozlaşdırılan sərbəst qalıq vəsaitlərinin gəlirlilik dərəcəsi nəzərdən keçirilməlidir. Sərbəst qalıq vəsaitləri Azərbaycan Respublikasında bank lisenziyasına malik kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə beynəlxalq kredit reytinqini almış ən iri beş kredit təşkilatında müddətli depozitlərə və ya bu kredit təşkilatları tərəfindən buraxılmış borc kağızlarına yerləşdirilir. Sərbəst qalıq vəsaitlərinin idarə olunması məqsədi ilə bu sahəyə ixtisaslaşdırılmış yerli və xarici təsisatlar (menecerlər) cəlb edilir.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28