Neftin qiyməti düşüb
19 iyul 2011 11:14 (UTC +04:00)

Neftin qiyməti düşüb


Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət Avropa maliyyə sisteminin böhranla üzləşəcəyi ilə bağlı narahatlıqlar fonunda düşüb.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 1,31 dollar düşərək 95,93 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 1,21 dollar ucuzlaşaraq 116,05 dollar təşkil edib.
# 539

Oxşar yazılar