Meyvə-tərəvəzin satış qiyməti məhdudlaşdırılacaq
«APA-ECONOMICS»in məlumatına görə, bu, hazırda Milli Məclisdə müzakirə olunan «Kənd təsərrüfatı kooperasiyaları haqqında» qanun layihəsində nəzərdə tutulur. Qanun layihəsində kənd təsərrüfatı məhsullarının süni bahalaşmasının qarşısını almaq üçün konkret mexanizm nəzərdə tutulub. Bu mexanizmə əsasən, məhsulları fermerlərdən alan topdansatış bazası, fermerlərdən aldığı qiymətin üzərinə ən çoxu 10% əlavə edə biləcək. Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olanlar isə öz növbəsində onun üzərinə cəmi 15% əlavə edə bilərlər.
Yəni, kənd təsərrüfatı məhsullarının pərakəndə satış qiyməti onların topdansatış qiymətindən maksimum 15% artıq ola bilər. Nəticədə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti ilə istehlakçı qiymət arasında fərq maksimum 26,5% ola bilər.
Milli Məclisdən «APA-ECONOMICS»ə verilən məlumata görə, qiymət artımının bu sxemi bahalaşma və süni qiymət artımının qarşısının alınması üçün nəzərdə tutulub. Qeyd edək ki, belə təcrübə bir sıra xarici ölkələrdə, o cümlədən, Vyetnam və bəzi Avropa dövlətlərində (İspaniyada) mövcuddur. Bu sistem kənd təsərrüfatı məhsullarının satıldığı bütün nöqtələrdə, yəni yarmarka və bazarlarda, ixtisaslaşmış və adi ərzaq mağazalarında tətbiq olunacaq.
Qeyd edək ki, qiymətlərə və qiymət artımına nəzarəti yerli icra hakimiyyətləri, bələdiyyələr və Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək. Qiymətlərə nəzarət məsələləri isə müvafiq icra hakimiyyəti orqanının təsdiqləyəcəyi satış qaydalarında əks olunacaq.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28