Nəqliyyatda nağd ödəniş ləğv olunacaq
Gələn ildən Bakının bütün nəqliyyat vasitələrində elektron ödəmə kartlarının tətbiqinə başlanacaq
“Nəqliyyatın intellektual idarə edilməsi sistemi” layihəsinin tətbiqindən sonra Bakıda sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində vahid elektron ödəmə kartları tətbiq olunacaq. Bunun üçün həmin nəqliyyat vasitələrində elektron post-terminallar quraşdırılacaq. Bu post terminallar vasitəsilə sərnişinlər öz hərəkət marşrutlarını qısa vaxtda müəyyən edəcəklər.
Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, yeni sistemə keçid 2010-2011-ci illərdə reallaşdırılacaq. Post-terminallar avtobus dayanacaqlarında deyil, dəmir yolu vağzallarında, hava və dəniz limanlarında, digər ictimai yerlərdə quraşdırılacaq. Həmçinin nəqliyyatın bütün növləri üzrə sərnişinlərin məlumatlandırılması, biletlərin mərkəzləşdirilmiş satışı, müasir servis xidmətinin göstərilməsi də nəzərdə tutulur.
Nazirlikdə bildirirlər ki, hər bir sərnişin nəqliyyat vasitəsindən istifadə edərkən əvvəlcə vahid ödəmə kartının balansına belə demək mümkünsə, kontur yükləməlidir. Bundan sonra sərnişin yüklədiyi kartı post-terminalın monitoruna yaxınlaşdırıb getdiyi yeri müəyyənləşdirəcək.
Xatırladaq ki, bu sistemin tətbiqi ilə bağlı artıq Koreya şirkəti ilə Nəqliyyat Nazirliyi arasında razılaşma əldə olunub. Həmin şirkət 2011-ci ildə bu sistemi tam şəkildə tətbiq edəcəyi barədə öhdəlik götürüb. Sonrakı illərdə isə yeni ödəmə sisteminin bölgələrdə də tətbiq edilməsi nəzərdə tutulub.
Elxan SALAHOV

Oxşar yazılar

Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35
"Kapital Bank" 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib
14 aprel 2025 , 17:56
"City Garden Narimanov" layihəsi daha bir uğura imza atıb
14 aprel 2025 , 16:57
"Unibank" 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqlayıb
14 aprel 2025 , 16:47
“Azərsun Holdinq” ödənişli yay təcrübə proqramını elan edir
14 aprel 2025 , 15:09