Bəzi tikinti şirkətləri ipoteka kreditinə mənzil satmaqdan imtina edir
Bakıda mənzil tikintisi ilə məşğul olan inşaat şirkətlərinin bir qismi dövlət vəsaiti hesabına maliyyələşdirilən ipoteka kreditləri ilə vətəndaşlara mənzil satmaqdan imtina edir.
Belə nəticəyə «APA-ECONOMICS» tərəfindən tikinti şirkətləri arasında keçirilən sorğudan sonra gəlinib.
Qeyd edək ki, məsələnin mahiyyəti ondan ibarədir ki, əhali arasında yayılmış fikirlərə əsasən, bir sıra tikinti şirkəti ipoteka mexanizmi ilə mənzilləri satmır. Bunun da səbəbi aydın izah olunmadığına görə, şirkətlərin nağd hesablaşmalara üstünlük verdiyi fikrə gəlmək olur.
«APA-ECONOMICS»in keçirdiyi sorğunun nəticələrinə əsasən, Bakıda fəaliyyət göstərən iri inşaat şirkətlərinin əksəriyyəti mənzilləri ipoteka yolu ilə satmağa hazırdır. Bunu «Turan» MTK və «Şəfəq» MTK-da da bildiriblər. Hətta «Turan» MTK-da qeyd ediblər ki, şirkətin sərəncamında artıq dövlət qeydiyyatından keçmiş mənzillər də mövcuddur. Yəni, alınan mənzil birbaşa olaraq, ipoteka prosesində girov kimi çıxış edə bilər.
Xatırladaq ki, yeni tikilmiş əksər binalarda mənzillərin dövlət qeydiyyatını təsdiq edən sənəd («kupça») olmadığı üçün, bunların alınması üçün vətəndaş yalnız digər, qeydiyyatı olan mənzili girov kimi təqdim edə bilər. Bundan əlavə, «Altes Construction» tikinti şirkətində də həm nağd, həm köçürmə yolu ilə ipoteka xətti ilə mənzillərin alınmasının mümkünlüyü vurğulanıb.
«ANT İnşaat» şirkətində isə bəyan ediblər ki, şirkətin sərəncamında dövlət qeydiyyatdan keçmiş mənzillər də mövcuddur və bu mənzillər heç bir məhdudiyyətsiz ipoteka predmeti ola bilər. Analoji cavabla «Baku City Center» tikinti şirkətində də rastlaşdıq.
Bununla yanaşı, sorğuda iştirak edən şirkətlərin bəziləri ipoteka kreditinə mənzil satmadıqları bildirilib. Məsələn, «Azinko» şirkətindən məlumat verilib ki, ipoteka mexanizmi ilə mənzillər satılmır və ipoteka ilə mənzilləri almaq istəyənlər ilk öncə alınan kreditin məbləğini nağdlaşdırmalıdır. Bu isə mövcud ipoteka kreditləşməsi qaydaları ilə nəzərdə tutulmayıb.

1485