ARDNŞ-in Müasir Tullantı Mərkəzi yaradılacaq
Bununla bağlı ARDNŞ ilə ABŞ Ticarət və İnkişaf Agentliyi arasında 572 068 dollar məbləğində qrant sazişi imzalanıb
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə ABŞ Ticarət və İnkişaf Agentliyi arasında Qrant Sazişinin imzalanma mərasimi keçirilib. Sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və ABŞ Ticarət və İnkişaf Agentliyinin Avropa və Avrasiya regionu üzrə icraçı direktoru Devid Hester imzalayıblar.
Lent.az-ın ARDNEŞ-in rəsmi internet saytına istinadən yaydığı məlumata görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev ABŞ Ticarət və İnkişaf Agentliyi ilə ARDNŞ arasında Cənub enerji dəhlizinin öyrənilməsinə dair imzalanmış əvvəlki qrant sazişi üzrə işlərin uğurla davam etdirildiyini söyləyib.
O, əmin olduğunu bildirib ki, bu gün ARDNŞ-nin Müasir Tullantı Mərkəzinin yaradılması məqsədi ilə imzalanan yeni Qrant Sazişi iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə müsbət təsir göstərəcək.
ABŞ Ticarət və İnkişaf Agentliyinin Avropa və Avrasiya regionu üzrə icraçı direktoru Devid Hester təmsil etdiyi qurumun Azərbaycanla, o cümlədən ARDNŞ ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyib. O, gələcəkdə də ARDNŞ-in həyata keçirdiyi ekoloji layihələrə dəstək verəcəklərini deyib. Devid Hester qeyd edib ki, imzalanan sazişə əsasən, Texniki İqtisadi Əsaslandırma sənədinin hazırlanması üçün ARDNŞ-ə 572 068 dollar məbləğində qrant ayrılacaq.
Rövnəq Abdullayev nəzərə çatdırıb ki, hazırda ARDNŞ-nin balansında olan neftlə çirklənmiş mədən sahələrində genişmiqyaslı təmizləmə işləri görülür. Buna baxmayaraq, mütəmadi olaraq Şirkətin cari istehsal fəaliyyəti zamanı yeni tullantılar da yaranır. ARDNŞ prezidenti vurğulayıb ki, hazırda şirkətin istehsalat tullantısı sayılan qazma şlamının qəbulu və basdırılmasını həyata keçirən Tullantı Mərkəzi mövcud olsa da, bu Mərkəz 1985-ci ildən fəaliyyət göstərir və artıq fiziki və mənəvi cəhətdən köhnəlib. Şirkətin istehsal prosesləri zamanı əmələ gələn iri həcmli tullantıların idarə olunması zərurəti həmin Mərkəzin yeniləşdirilməsini tələb edir.
O deyib ki, yeni yaradılacaq Mərkəz nəinki müxtəlif neft tullantılarını idarə etməyə imkan verəcək, eləcə də tullantıları müxtəlif texnologiyalar tətbiq olunmaqla təkrar emal etmək, təkrar emal olunması mümkün olmayan tullantıların isə müvəqqəti və daimi saxlanması və idarə edilməsi üçün kompleks tədbirlər həyata keçirmək gücünə malik olacaq. Qrant sazişinə uyğun olaraq, Dövlət Neft Şirkətinin Müasir Tullantı Mərkəzinin yaradılması məqsədi ilə xarici məsləhətçi şirkətlər arasında tender elan olunacaq, texniki-iqtisadi əsaslandırma nəticəsində gələcək Mərkəzin tikilməsinin texniki, iqtisadi və maliyyə baxımından mümkünlüyü təyin ediləcək, alternativ yollar araşdırılaraq müvafiq təkliflər veriləcək.

856