“APA-Ekonomist” analitik jurnalının növbəti sayı çapdan çıxıb
APA-nın məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 12 buraxılışı işıq üzü görüb.
“APA-Ekonomist” jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında dərc olunmuş analitik yazılar sırasında ölkədə dolların məzənnəsinin müəyyən edilməsində yeni prinsipə keçid, 2011-ci ildə dollar və manatın gözlənilən məzənnəsi ilə bağlı bank mütəxəssislərinin proqnozları, sığorta və lizing şirkətlərinin 2010-cu ilin yekunları üzrə renkinqləri, insanların internetdə üzləşdiyi təhlükələr və s. maraqlı materiallar var.
Qeyd edək ki, “APA-Ekonomist” jurnalını həm redaksiya vasitəsilə, həm də “Qasid”, “Qaya” və “Azərmətbuatyayım” şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, “Ekonomist” və “Metro-Servis” şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.
Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16