Zabrat II - Qala dəmir yolu xətti sökülür
11 avqust 2009 12:00 (UTC +04:00)

Zabrat II - Qala dəmir yolu xətti sökülür

Əldə olunan texniki qurğular digər yollardan digər yolların yenidən qurulmasında istifadə olunacaq

Dünəndən etibarən Zabrat II-Qala dəmir yolunun sökülməsinə başlanıb. Uzunluğu 30 kilometr olan Zabrat II stansiyasından Maştağa-Bağlar-Buzovna-Zuğulba-Sahil-Mərdəkan-Qala stansiyasınadək birxətli dəmir yolunun sökülməsi mərhələli şəkildə həyata keçiriləcək.

Dövlət Dəmir Yolundan Lent.az-a bildiriblər ki, elektrik qatarları üçün nəzərdə tutulmuş dəmir yollarının sökülməsindən əldə olunan qurğulardan ilk növbədə Zazalı-Gəncə mənzilinin cüt, Heybət-Biləcəri mənzilinin tək, Güzdək-Бaş-Xırdalan mənzilinin cüt yolunun əsaslı təmirində istifadə olunacaqdır.

İdarənin hesablamalarına görə, son illər Bakı-Abşeron sahəsinin dairəvi elektrik xətti üzrə elektrik qatarlarında sərnişin daşımanın həcmi azaldığından bu sahədən demək olar ki, gəlir əldə edilmir. Nəticədə dəmir yolunun iqtisadi vəziyyətinə ciddi ziyan dəyib. Bu səbəbdən də DDY Nazirlər Kabinetinin “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri haqqında” qərarına uyğun olaraq, o qədər də səmərə verməyən dəmir yollarını sökmək, bunun əvəzində digər yollarda yenidənqurma işləri aparmaq qərarına gəlib.

Елхан САЛАЩОВ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894

Oxşar yazılar