Türkiyə xaricdə 16 milyard dollarlıq sərmayə qoyub
Bu ölkələr arasında Azərbaycan enerji sektoru üzrə birinci yerdədir
Bu ilin 6 ayında Türkiyədən xaricə 653 milyon dollar, son 9,5 ildə isə 15,8 milyard dollar ixrac olunub. Qardaş ölkədən ən çox yatırım bank sektorunda Hollandiya, enerji sektorunda isə Azərbaycana qoyulub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkənin iş adamları müxtəlif ölkələrdə başda enerji sektoru olmaqla bir çox sahəyə sərmayə qoyurlar.
Xəzinə Müşavirliyinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında 59 firma, 652,7 milyon dollar həcmində sərmayə ixrac edib. Bu müddətdə sərmayə ixracının təxminən 77 faizi, yəni 499,2 milyon doları Lüksemburqun payına düşür. Lüksemburqda bu investisiyanı Türkiyənin cəmi bir şirkəti təkbaşına reallaşdırıb. İlin ilk 6 ayında 3 türk firması Hollandiyaya 84,2 milyon, 7 firma Almaniyaya 14,1 milyon dollar sərmayə qoyub. Bundan başqa ilin birinci yarısında Türkiyədən Sudanda 9 milyon, Misirdə isə 8 milyon dollar həcmində investisiya yatırılıb.
İyunun sonuna olan məlumata görə, Türkiyədən sərmayə ixracının ümumi həcmi 16 milyard dolar təşkil edib. İyunun sonunadək 2920 firma tərəfindən xarici ölkələrə ümumilikdə 15 milyard 794 milyon dollarlıq sərmayə qoyulub. Türkiyədən ən çox sərmayə ixracı 139 firma tərəfindən 4,3 milyard dollar həcmində Hollandiyada reallaşdırılıb.
Azərbaycana qoyulmuş investisiyanın həcmi isə 3,4 milyard dollar təşkil edib. Türkiyədən Azərbaycana sərmayə ixracı 135 firma tərəfindən həyata keçirilib.
2000-ci ildən bu yana ixrac edilən sərmayənin 3,7 milyard doları enerji, 2,4 milyard dolları bankçılıq, 1,9 milyard dolları emal, 1,2 milyard dolları kommunikasiya sektoruna yönəldilib.
Bütövlükdə indiyədək Türkiyədən 26 firma tərəfindən Maltaya 1,3 milyard, 27 firma tərəfindən Lüksemburqa 714,2 milyon, 145 firma tərəfindən ABŞ-a 701,6 milyon, 218 firmadan Almaniyaya 665,2 milyon, 131 firmadan Qazaxıstana 597,8 milyon dollar sərmayə yatırılıb.
Elxan SALAHOV

772