Neft Emalı Zavodunun tullantıları Tullantıların İdarəedilməsi Mərkəzinə daşınır
ARDNŞ-in müəssisələrində müxtəlif növ tullantıların idarə olunması, müəssisə və podratçıların fəaliyyəti zamanı tullantıların zərərsizləşdirilməsi, təkrar istifadə və emal olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilməkdədir.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ-in Ekologiya İdarəsi ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu arasında bağlanmış müqaviləyə əsasən müəssisənin istehsalat fəaliyyəti nəticəsində yaranan bərk və maye tullantılar, neft şlamı, işlənmiş qələvi tullantıları Qaradağda yerləşən Tullantıların İdarəedilməsi Mərkəzinə daşınır.
2010-cu ildə zavoddan 7,3 ton tullantı daşınaraq həmin Mərkəzə təhvil verilib. Tullantıların idarəetmə sisteminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə zavod daxilində tullantıların əmələ gəldiyi və müvəqqəti saxlandığı sahələrdə TEK (təhlükəsizlik, ekologiya, keyfiyyət) xidməti tərəfindən daimi nəzarət həyata keçirilir. Zavodda yaranan məişət tullantıları da müvafiq qurumlar tərəfindən müəssisə ərazisindən kənarlaşdırılır.

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16