“Böyük İpək Yolu” Kürdəmirə çatıb
Gürcüstan sərhədinədək uzanan avtomobil yolunun tikintisi ilin sonunda yekunlaşacaq
“Böyük İpək Yolu”nun bir hissəsi olan Kürdəmir-Ucar avtomobil yolunun 16 kilometrlik hissəsində asfaltsalma işləri artıq başa çatıb. Layihəyə uyğun olaraq, yolun qalan hissəsinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
“Azəryolservis” ASC-dən Lent.az-a bildiriblər ki, bu magistral yol Bakıdan Gürcüstan sərhədinədək çəkilən avtomobil yolunun bir hissəsidir. 42 kilometr olan yolun çəkilişinə ötən ilin dekabrında başlanıb. Hazırda yolun müxtəlif hissələrində yatağın genişləndirilməsi işləri aparılır.
Səhmdar Cəmiyyətdə bildirirlər ki, layihədə 3 körpünün və 2 piyada keçidinin tikintisi də nəzərdə tutulub. Artıq 2 körpü və 1 piyada keçidinin inşası başa çatıb. Həmçinin yolboyu ərazilərdə 40-dək beton suötürücü keçidlər də tikilib.
Elxan SALAHOV

Oxşar yazılar

ABB Alfa nəsli üçün Alpha Card məhsulunu təqdim etdi!
16 aprel 2025 , 17:54
Kapital Bank 6 nominasiyada mükafatlandırıldı
16 aprel 2025 , 16:50
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilmişdir
16 aprel 2025 , 11:12
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30