280-ə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib
Daşınmaz əmlakın ünvanlı reyestrinin aparılmasına dair təkliflər hazırlanır
Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli Sərəncamı ilə yaradılmış Əmlak Məsələləri Dövlət Komitəsi ilin birinci yarısında fəaliyyətinin yekunları ilə bağlı məlumat yayıb.
Lent.az-ın Dövlət Komitəsinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması ilə bağlı müvafiq Fərmanına uyğun olaraq daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestrinin aparılması istiqamətində mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanır.
Məlumatda qeyd olunub ki, bu ilin yanvar-iyul ayları ərzində 280-ə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib. Bununla yanaşı, 2009-cu ildə dövlət mülkiyyətində olan, habelə özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi 270-ə yaxın torpaq sahəsi özəlləşdirilib.
Səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı 30 hərrac keçirilib. Bu hərraclarda müxtəlif regionlarda yerləşən, iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 30-a yaxın səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilib.
İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2009-cu ilin yanvar-iyul aylarında müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 30 milyon manat məbləğində investisiya qoyulub. Ümumilikdə, 01 avqust 2009-cu il tarixinədək keçirilmiş investisiya müsabiqələri üzrə özəlləşdirilmiş 82 müəssisəyə 430 milyon manat investisiya qoyulub və bu müəssisələrdə təqribən 12,5 mindən çox iş yeri açılıb.
Dövlət mülkiyyətində olan və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin dövlət əmlakının özəlləşdirilməsi və torpaq qanunvericiliyinin tələbləri pozulmaqla istifadə hallarının müəyyən edilməsi və qarşısının alınması məqsədilə Bakı şəhəri, həmçinin respublikanın digər şəhər və rayonlarında monitorinqlərin keçirilməsi davam etdirilib. Aparılan işlər nəticəsində ümumilikdə 260-a yaxın müəssisə və obyektin torpaq sahələrindən təyinatı üzrə istifadə edilməməsi və qeyri-qanuni tikinti işlərinin aparılması halları aşkar edilib.
Bu ilin yanvar-iyul aylarında 100 müəssisə və səhmdar cəmiyyətlərində dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanılması və ödənilməsi vəziyyəti araşdırılıb.
Nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərindən 330-a yaxın balans hesabatı və 361 inventarlaşdırma aktı qəbul edilmişdir. Komitənin idarəetməsində olan dövlət müəssisələrindən isə 181 balans hesabatı və 190-a yaxın inventarlaşdırma aktı qəbul edilib.
Torpaqlar və onların üzərində olan əmlak, onların təşkilati-hüquqi və mülkiyyət forması, ünvanı, torpaq sahələrinin hüdudları və ölçüləri barədə qrafik və digər zəruri məlumatlardan ibarət torpaq sahələri haqqında sistemləşdirilmiş informasiyaları özündə əks etdirən məlumat bankına 16 minə yaxın dövlət müəssisələri, özəlləşdirilən müəssisə və obyektlərin, səhmdar cəmiyyətlərinin yerləşdiyi torpaq sahələri barədə məlumatlar daxil edilib.
Bu müddətdə 490-a yaxın dövlət mülkiyyətində olan qeyri-yaşayış və torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Eyni zamanda icarə haqlarını ödəməyən 560-a yaxın icarəçiyə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib.
İcarə haqlarının nağd qaydada ödənilməsinin azaldılması və şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən 2009-cu ildə 5000 ödəniş həyata keçirilib.
Bununla yanaşı, komitə tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların təmin edilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilməkdədir. Görülən işlərin nəticəsində 2009-cu ilin yanvar-iyul aylarında dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 3 milyon manata yaxın vəsait köçürülüb ki, bu da yeddi aylıq proqnozun 110% yerinə yetirilməsi deməkdir.
Cari ildə 50 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alıb və hüquq sahiblərinə dövlət reyestrindən çıxarış verilib. Bunlardan 12200-ü fərdi yaşayış və bağ evi, 12000-i mənzil, 20,6 minə yaxını torpaq sahəsi 970-i qeyri-yaşayış binası, 910-a yaxını qeyri-yaşayış sahəsi, 200-ü əmlak kompleksi, 4-ü çoxmərtəbəli yaşayış binası, 200-ü çoxillik əkin sahələridir.
İl ərzində 48 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilib, 7 minə yaxın ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmışdır.
Yeni yaradılmış Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin əsas vəzifələri ölkə ərazisində daşınmaz əmlakın vahid kadastrının, habelə ünvan reyestrinin tərtibi, aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi işinin daha da təkmilləşdirilməsi və ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan müvafiq icra hakimiyyəti orqanlarının işinin əlaqələndirilməsidir.
Vətəndaşların ictimai etimadının artırılması, daxil olan müraciətlərin cavablandırılması işində operativliyin təmin edilməsi məqsədilə komitənin mərkəzi aparatında 193 nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 148 nömrəli və Hərracların Təşkili üzrə Auksion Mərkəzində 566-07-44 nömrəli telefon məlumat xidmətləri fəaliyyət göstərir. Komitənin telefon məlumat xidmətlərinə 2009-cu il ərzində 300-ə yaxın müraciət daxil olunub.
Ramiz

918