Tikinti Məcəlləsində istehlakçı hüquqları qorunacaq
Milli Məclisdə tikinti fəaliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanır.
Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq Tikinti Məcəlləsinin hazırlanması prosesində bütün əlaqədar qurumların mütəxəssisləri yaxından iştirak edir. Bu sahədə beynəlxalq təcrübədən də geniş istifadə olunur.
Lent.az-ın məlumatına görə, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, tikinti iqtisadiyyatın, xalq təsərrüfatının çox mühüm sahəsidir. Bu sahənin normal fəaliyyəti müəyyən normativ hüquqi sənədlərə, müəyyən qanunlara əsaslanmalıdır.
Komitə sədrinin sözlərinə görə, iqtisadi baxımdan inkişaf edən Azərbaycanda investisiya fəallığı getdikcə artır. Digər sahələr kimi tikintiyə maraq çoxalır, aparılan tikinti işlərinin həcmi genişlənir. Bütün bunlar bu sahənin ayrıca qanunvericilik bazasının formalaşdırılması zərurətinin yaradıb.
Tikinti Məcəlləsi əhalinin əlverişli yaşayış mühiti ilə təmin olunması məqsədilə məskunlaşma zonalarının səmərəli formalaşdırılması, ərazilərin, şəhərlərin, digər yaşayış məntəqələrinin tikintisi, abadlaşdırılması, onların istehsal, sosial, mühəndis, nəqliyyat infrastrukturunun inkişafı, təbiətdən səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması, ətraf mühitin mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək.
Komitə sədri xüsusi qeyd edib ki, ən vacib məsələlərdən biri istehlakçıların hüquqlarının qorunmasıdır və bu məsələ Məcəllədə ayrıca olaraq öz əksini tapacaqdır.

Oxşar yazılar

ABB Alfa nəsli üçün Alpha Card məhsulunu təqdim etdi!
16 aprel 2025 , 17:54
Kapital Bank 6 nominasiyada mükafatlandırıldı
16 aprel 2025 , 16:50
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilmişdir
16 aprel 2025 , 11:12
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30