ARDNŞ 100 manatlıq təqaüd müsabiqəsi keçirir
01 fevral 2011 21:23 (UTC +04:00)

ARDNŞ 100 manatlıq təqaüd müsabiqəsi keçirir

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ bu proqram çərçivəsində ölkəmizin ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edib.


Müsabiqədə müəyyən edilmiş ixtisaslar üzrə bakalavriatın 1-4-cü kurslarında və magistraturanın 1-2-ci kurslarında təhsil alan tələbələr iştirak edə bilərlər. Müsabiqənin şərtlərilə “www.socar.az/tehsil.html” internet səhifəsində tanış olmaq mümkündür. Müsabiqəyə müraciət həmin internet saytı vasitəsi ilə online rejimdə həyata keçirilir. Sənədlər 1-21 fevral tarixində təqdim oluna bilər.


Təqaüd 2011-ci ilin fevral – iyun ayları üzrə dövrü əhatə edəcəkdir. Təqaüdün aylıq məbləği 100 manatdır. ARDNŞ təqaüdçüləri yay tətili müddətində Şirkətin idarə və müəssisələrində 1-2 aylıq ödənişli yay təcrübəsi keçir, eləcə də təhsilini təqaüdçü kimi başa vuran məzunlar Şirkətdə işə düzəlmək, mənzil növbəsinə dayanmaq, Şirkətin maliyyə dəstəyi ilə təhsilini xaricdə davam etdirmək hüququna malik olurlar.
# 631

Oxşar yazılar