4 bölgədə soyuducu anbarlar tikiləcək
Yeni yaradılacaq anbarlardan sahibkarlarla yanaşı fermerlər də istifadə edəcək
İqtisadi İnkişaf Nazirliyi ölkənin 4 regionunda - Mərkəzi Aran, Qərb, Cənub və Şimal bölgəsində yeni soyuducu anbarların tikintisinə başlayacaq. Kənd təsərrüfatı məhsullarının saxlanması üçün nəzərdə tutulan anbarların hər birinin tutumu 2 min tondan çox olacaq.
Nazirlikdən Lent.az-a bildiriblər ki, soyuducu anbarların tikintisi “2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Artıq məhsulların saxlama kameralarının tikintisi üçün iqtisadi təhlillər də aparılıb. Həmçinin bir sıra rayonlarda emal və sənaye müəssisələrinin yaradılması üzrə sahibkarlıq subyektlərinə investisiya layihələrinin qəbulu məlumatlar da təqdim olunub. Şərtlərə əsasən, sahibkarlıq subyektləri özlərinin investisiya layihələrini iyulun 15-dək Sahibkarlığın İnkişafına Kömək Milli Fonduna təqdim edilməlidirlər.
Nazirlikdə bildirirlər ki, yeni yaradılacaq soyuducu anbarlardan təkcə sahibkarlar deyil, fermerlər də istifadə edə biləcək. Həmin soyuducu anbarların növbəti meyvə-tərəvəz məhsulu mövsümünədək istifadəyə veriləcəyi planlaşdırılıb. Belə olan halda gələn il bu saxlama kameralarında ümumilikdə 10 min tonadək məhsul saxlamaq mümkün olacaq.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15