Keçən il dünyada 57398 unsiya “Ayrım” qızılı satılıb
Lent.az-ın “Anglo Asian Mining” şirkətinə istinadən verdiyi məlumata görə, istehsal edilmiş qızılın 57398 unsiyası 1241 ABŞ dolları/unsiya qiymətinə dünya bazarında satılıb.
Şirkət bildirib ki, “Gədəbəy”də 821 176 ton quru filiz emal olunub və hər 1 ton filizdən 4,33 qram qızıl əldə edilib. Bundan başqa, yataqdan 182,5 ton mis, 1460 kq gümüş əldə olunub. Yataqdan hasil edilmiş mis 2011-ci ildə satışa çıxarılacaq.
“Anglo Asian Mining” şirkətinin baş icraçı direktoru Rza Vəziri bildirib ki, 2010-cu il rəhbərlik etdiyi şirkət üçün transformasiya ili olub. Eyni zamanda qızılın qiymətinin dünya bazarlarında bahalaşması da şirkətin fəaliyyətini stimullaşdırıb. Vəziri 2011-ci ildə Ordubad və “Qoşa” kontrakt sahələri üzrə də müsbət nəticələr əldə edəcəklərinə ümidvar olduqlarını söyləyib.
Xatırladaq ki, “Gədəbəy” yatağından çıxarılan qızıl dünya bazarlarında “Ayrım” markası ilə satılır.

Oxşar yazılar

ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat kitabı təqdim edildi
30 may 2025 , 15:07
"Azercell" “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi
30 may 2025 , 14:42
Tecnosun İnkişaf Mərkəzinin ilk məzunları diplomlarla təltif olundu
30 may 2025 , 14:16
Qlobal biznes futurist 30-cu Yubiley “Baku Energy Week” üçün Bakıya gəlir
30 may 2025 , 11:02
Füzulidə yeni “Nar” mağazası fəaliyyətə başladı
29 may 2025 , 18:27Gələn həftə 30-cu “Baku Energy Week” keçiriləcək
29 may 2025 , 16:40
Bu ölkədə qızıl və gümüş qanuni ödəniş vasitəsi oldu
29 may 2025 , 14:58