ARDNŞ İsveçrədə ilk addımı atdı
Sürixdə SOCAR-ın İsveçrədə ilk texniki xidmət stansiyasının açılışı olub. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, açılış mərasimində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev başda olmaqla, şirkətin nümayəndə heyətinin üzvləri, İsveçrənin işgüzar və siyasi dairələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən İsveçrənin Federal Energetika İdarəsinin direktoru Valter Ştaynman SOCAR rəhbərliyini təbrik edib və şirkətin qarşıdakı dövrdə İsveçrənin enerji siyasətində vacib rol oynayacağını bildirib.
O, neft-qaz sektorunda İsveçrə və Azərbaycan arasında mövcud olan çoxillik əlaqələrdən danışıb, SOCAR-ın İsveçrənin enerji biznesinə daxil olmasının bu əlaqələrdə yeni səhifə açacağını söyləyib. Açılış mərasimində bildirilib ki, “SOCAR” son 20 ildə İsveçrə sənayesinin texniki xidmət sahəsində açılmış ilk yeni brenddir. “SOCAR Energy Switzerland” şirkətinin baş direktoru Edqar Baxmann mərasimdəki nitqində yeni brendin müştərilərə yüksək keyfiyyətli xidmət təklif etdiyini, müasir təhlükəsizlik standartlarına və bu sferada ən yaxşı idarəçiliyə malik olduğunu qeyd edib. Avropanın məşhur “Migros” marketlər şəbəkəsinin baş direktoru Gerbert Bolliger SOCAR yanacaqdoldurma məntəqələrinin bu şəbəkə üçün yeni imkanlar açdığını bildirib.
Qeyd edilib ki, SOCAR bu il iyulun 1-də ABŞ-ın “ExxonMobil” şirkətindən “Esso Schweiz GmbH” biznesini, o cümlədən yanacaqdoldurma və texniki xidmət stansiyaları şəbəkəsini satın alıb. 2013-cü ilin ortalarına doğru Esso-nun İsveçrə ərazisindəki 160 yanacaqdoldurma stansiyası bütövlükdə SOCAR premium-brendi altında fəaliyyət göstərəcək. Yaxın zamanlarda SOCAR brendi aviasiya sənayesində, tanker və sisternlərin üzərində də istifadə olunacaq. Şirkət bu ilin sonuna kimi Sürix, Sankt-Qallen və Vo Kantonlarında daha 13 texniki xidmət stansiyası açmağı planlaşdırır. Oktyabrın 6-da Opfikon və Effretikonda, oktyabrın 13-də isə Şilerendə yanacaqdoldurma məntəqələri və texniki xidmət stansiyalarının açılışı olacaq.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18