(R) AXA MBASK icbari siğorta ilə bağlı iri ödəniş həyata keçirib
AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair, qarşı tərəfin ölümü ilə nəticələnən, sığorta iddiası üzrə sığorta ödənişi həyata keçirib. Sözügedən sığorta növünə aid ödəniş mart ayının 8-də Qusar şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, AXA MBASK tərəfindən 5000 manat məbləğində sığorta ödənişi qəza nəticəsində vəfat etmiş sürücünün atasına verilib.
Qeyd etmək lazımdır ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı şirkət artıq 400 min manatdan artıq sığorta ödənişi edib.
İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə online rejimində buraxılır.
İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18