“İki sahil”dən Neftçilər Gününə töhfə - FOTO
“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb.
Lent.az-ın verdiyi məlumata görə, bu gün işıq üzü görən 184 səhifəlik xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 18 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.
Xüsusi buraxılışın üz qabığında Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fikri əksini tapıb. Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında”, “Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında”, “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” sərəncamları yer alıb. Xüsusi buraxılışda Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınaraq, 18 ildə imzalanmış beynəlxalq neft sazişlərinin iqtisadiyyatımızın dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılır. Xüsusi buraxılışda ARDNŞ prezidenti Rövnəq Abdullayevin Azərbaycanın neft sənayesi işçilərinə bayram təbriki də yer alıb. ARDNŞ prezidentinin “Neft-qaz sənayesi Azərbaycanın tərəqqisinə xidmət edir” yazısı da xüsusi buraxılışda yerləşdirilib.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18