Tayson “Şaxtyor”da
11 yanvar 2013 11:15 (UTC +04:00)

Tayson “Şaxtyor”da

Ukraynanın “Şaxtyor” klubu Xarkov “Metallist”inin futbolçusu Taysonu transfer edib. Lent.az-ın məlumatına görə, braziliyalı hücumçu Donetsk təmsilçisinə 12,5 milyon avroya başa gəlib.

 

Müqavilənin müddəti isə hələ məlum deyil. İmzalanma mərasimində “Şaxtyor”un sahibi Rinat Axmetov da iştirak edib.

 

Qeyd edək ki, Tayson mövsümün ilk yarısında “Metallist”in heyətində Avropa Liqası matçlarına çıxıb. Bununla belə, “sambaçı” “Şaxtyor”a Çempionlar Liqası qarşılaşmalarında kömək edə biləcək. UEFA-nın yeni əsasnaməsinə görə, Avroliqada çıxış etmiş futbolçulardan yalnız biri qitənin ən nüfuzlu turnirində və ya əksinə iştirak edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Oxşar yazılar