
Şenol Günəş və futbolçular polisə çağırıldı
Türkiyə Kubokunun yarımfinal mərhələsində keçirilən “Fənərbaxça” – “Beşiktaş” matçı ilə bağlı istintaq davam edir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 57-ci dəqiqədə yarımçıq dayandırılan qarşılaşmanın bəzi iştirakçıları polis bölməsinə çağırılıb.
Belə ki, “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş, qapıçısı Tolqa Zəngin, müdafiəçisi Caner Erkin və yarımmüdafiəçisi Rikardo Kuarejma zərərçəkən şəxs kimi ifadə vermək üçün bölməyə gedəcəklər.
Qeyd edək ki, adıçəkilən görüşdə hesab 0:0 olarkən azarkeşlərin meydana yad əşyalar atması səbəbindən Şenol Günəşin başı yarılmış, “Beşiktaş”ın futbolçuları isə fanatlarla mübahisəyə girişmişdilər. Komandalar arasında baş tutan ilk qarşılaşmada isə 2:2 hesabı qeydə alınmışdı.
Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02