(R) İlin son oyunları kimə sevinc gətirəcək?
30 dekabr 2012 14:36 (UTC +04:00)

(R) İlin son oyunları kimə sevinc gətirəcək?

Azərbaycanın yeganə virtual mərc oyunları dileri olan www.etopaz.az 2012-ci ilin sonuncu geniş proqramını təqdim edir. İlin son bazar gününə olan proqramda 34 qarşılaşma yer alıb.

 

Onlardan 2-nə proqnozsevərlər tək mərc edə bilər. İngiltərə Premyer Liqasının “Everton” – “Çelsi” görüşü isə həm də canlı mərcə açıq olacaq. Saat 17:30-da başlanacaq qarşılaşmada şanslar təxminən bərabər qiymətləndirilir. Bukmeyker kontorları “Çelsi”yə cüzi üstünlük verir. www.etopaz.az-da qonaqların qələbəsi 2.25 əmsalla dəyərləndirilir. Ardıcıl 7 oyundur Premyer Liqada uduzmayan “Everton” bugünkü görüşdə də qalib gələrsə, bu komandaya inananlara 2.7 dəfə artıq qazandıracaq. Heç-heçənin əmsalı isə 3-dür. Canlı mərcə qoşulanlar isə təbii ki, matçın gedişindən asılı olaraq tam fərqli əmsallarla oynayacaq.

 

Günün digər “tək oyun”u da Premyer Liqa qarşılaşmasıdır. Söhbət saat 20:00-da başlanacaq KPR – “Liverpul” görüşündən gedir. Ötən tur “Stok Siti”yə uduzan “Liverpul” matçın favoriti sayılır. Mersisaydlıların qələbə əmsalı 1.80-dir. Sonuncu pillədə qərarlaşan KPR-in qələbəsinə isə inam azdır (qələbə əmsalı 3.30). Heç-heçə 3.40 əmsalla işarələnib.

 

Bu qarşılaşmalardan başqa www.etopaz.az müştəriləri bu gün İtaliya B seriyası, Portuqaliyanın 2-ci liqası (Portuqaliyada bu gün Liqa Kubokunun görüşləri də var), həmçinin İran və İsrailin əsas liqalarında keçiriləcək oyunlara da mərc edə bilər. Əvvəldə də qeyd etdiyimiz kimi, bu, www.etopaz.az-ın 2012-ci ildə sonuncu geniş proqramıdır. Sabah müştərilərimiz yalniz Avstraliya, İran və İsraildə keçiriləcək bir neçə oyuna mərc edə bilər. 


Sonda www.etopaz.az Azərbaycan xalqını Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edir, xalqımıza firavan və ruzi dolu günlər arzulayır. Hər zaman udanlardan olun!!!

# 591
avatar

Oxşar yazılar