Heyət açıqlandı
11 yanvar 2013 16:09 (UTC +04:00)

Heyət açıqlandı

Yanvarın 12-də Azərbaycanın “Baku Fires” və Polşanın “Poland Hussars” komandaları arasında keçiriləcək WSB Liqasının V tur matçı üçün heyətlər açıqlanıb. Lent.az-ın məlumatına görə, “Baku Fires”in heyətində ötən mövsüm 3 görüşü qələbə ilə başa vurmuş Mixail Veselov cari çempionatda ilk döyüşünə çıxacaq.

 

73 kq çəki dərəcəsində yer alan belaruslu legionerin rəqibi 23 yaşlı David Pak olacaq. 2010-cu il Avropa çempionatının bürünc mükafatçısı olan Vlasovdan fərqli olaraq, Pak WSB Liqasında debüt edəcək.

 

Liqanın fərdi yarışlarının qalibi Qairbek Germaxanovun rəqibi daha bir debütant Qrjeqorj Kozlovski olacaq. 54 kq çəkidə çıxış edən Germaxanov bu mövsüm artıq 1 görüşünü qələbə ilə başa vurub.

 

Dünya və Avropa çempionu Albert Səlimov isə “Baku Fires”in heyətində 3-cü qələbəsini qazanmağa çalışacaq. Bunun üçün 61 kq çəkidəki rusiyalı legioner Adam Vylezolu üstələməlidir.

 

“Baku Fires”in heyətində Üzeypat İsmayılov ilk döyüşünə çıxacaq. 91 kq-dan yuxarı çəkidə yarışacaq İsmayılovun rəqibi əslən belaruslu Yan Sudzilovski olacaq. “Poland Hussars”ın heyətində daha bir legioner isə ukraynalı Sergey Radçenkodur. 85 kq çəkidəki Radçenko “Baku “Fires”in yerli boksçusu Ramazan Məhəmmədovla qarşılaşacaq.

 

Qeyd edək ki, 4 turdan sonra “Baku Fires” A qrupunda 9 xalla 1-2-ci yerləri bölüşdürür. “Poland Hussars” isə 6 xalla 3-cü yerdədir. İki komanda arasında “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 771
avatar

Oxşar yazılar