Bekhem Dağıstanda oynaya bilər
12 yanvar 2013 10:21 (UTC +04:00)

Bekhem Dağıstanda oynaya bilər

Heyətində bir neçə məşhur futbolçu çıxış edən “Anji” bu dəfə İngiltərə milli komandasının sabiq üzvü Devid Bekhemi komandaya gətirməyi planlaşdırır. Apasport.az saytının Rusiya mətbuatına istinad məlumatına görə, Mahaçqala klubu yarımmüdafiəçiyə 2 illik müqavilə imzalamasını təklif edib.

Həmçinin “Anji” Bekhemə ”Los Anceles Qalaksi”də aldığı məvacib qədər maaş vermək niyyətindədir. Əgər 37 yaşlı futbolçu Rusiya təmsilçisi ilə anlaşarsa, ona bir müddətdən sonra komandanın idarə heyətində vəzifə də verəcəklər.

Qeyd edək ki, Devid Bekhemə bir neçə gün bundan öncə 12 klubdan transfer təklifi gəlmişdir. Lakin o, fikrini hələ açıqlamaq niyyətində olmadığını bildirmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 808
avatar

Oxşar yazılar