AFFA izahat verdi
11 yanvar 2013 17:09 (UTC +04:00)

AFFA izahat verdi

Topaz Premyer Liqasında 2013-2014-cü il mövsümündə klubların heyətində yaşı 21-dək olan yerli futbolçu qismində 1992-ci il təvəllüdlülər də oynaya biləcəklər. Lent.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytında bildirilir.

 

Qurumun İcraiyyə Komitəsinin ötən il martın 9-da keçirilmiş iclasında Premyer Liqanın 2012-2013-cü il mövsümündən başlayaraq yeni legioner limiti tətbiq olunub. Buna əsasən, klublar start heyətində 7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçudan yararlanmalıdırlar. Hazırkı mövsümdə də komandalar 1992-ci il və sonrakı illərdə anadan olan futbolçuları ilk “11-lik”də meydana buraxırlar.

 

Bu isə o deməkdir ki, növbəti mövsümdə futbolçuların minimum təvəllüdündə dəyişiklik baş verməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638
avatar

Oxşar yazılar