
AFFA-nın baş katibi UEFA-nın İcraiyyə Komitəsinə seçilmədi
Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Növbəti Konqresi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə qitə futbol qurumunun İcraiyyə Komitəsinə seçkilər də baş tutub.
UEFA-nın İcraiyyə Komitəsinə 8 vakant yer uğrunda 12 namizəd mübarizə aparıb. Namizədlərin sırasında AFFA-nın baş katibi Elxan Məmmədov da var idi. Onun rəqibləri Zibiqnev Bonek (Polşa), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Kiran Okonnor (Uels), Mişel Uva (İtaliya), Sərvət Yardımçı (Türkiyə), Devid Hill (İngiltərə), və Maykl van Praaq idi (Hollandiya). Kipr Futbol Assosiasiyasının fəxri prezidenti Marios Lefkalitis bir müddət öncə namizədliyini geri götürmüşdü. UEFA-nın İcraiyyə Komitəsinə üzvlərdən olan qazaxıstanlı Kayrat Boranbaqey isə tədbirin əvvəlində qısa çıxış edərək, namizədliyini geri götürdüyünü bildirib. Bununla da namizədlərin sayı 11-ə enib.
Məmmədov seçkilərdə uğur qazanacağı halda, UEFA-da yüksək vəzifə tutan ilk azərbaycanlı olacaqdı. Lakin bu, həyata keçməyib. Belə ki, 24 səs toplayan Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinə üzv seçilə bilməyib. Komitənin yeni üzvləri Con Delani (İrlandiya), Zibiqnev Bonek (Polşa), Devid Hill (İngiltərə), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Mişel Uva (İtaliya), Maykl van Praaq (Hollandiya) və Sərvət Yardımçı (Türkiyə) seçiliblər.
Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06