Abramoviçdən  Qvardiolaya yeni təklif 
12 yanvar 2013 03:22 (UTC +04:00)

Abramoviçdən  Qvardiolaya yeni təklif 

“Çelsi”nin sahibi Roman Abramoviç “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiolanı komandasının sükanı arxasına gətirməyə hazırlaşır. Apasport.az saytının “The Express”ə istinad məlumatına görə, rusiyalı milyarder ötən mövsüm Kataloniya klubundan ayrılan təcrübəli mütəxəssisə ilinə 22 milyon avroluq təklif etmək niyyətindədir. 


Hazırda ailəsi ilə Nyu -Yorkda yaşayan ispaniyalı çalışdırıcı növbəti mövsümdən etibarən baş məşqçi işləyəcəyini bildirmişdi: “Gələn mövsüm yenidən futbola qayıtmaq fikrindəyəm. Çünki hələ gəncəm. Amma ailəmin də rahat yaşaması üçün yaxşı yer seçəcəyəm”.

Qeyd edək ki, 41 yaşlı çalışdırıcıya daha öncə Münhen “Bavariya”sı və “Roma”da rəsmi təklif göndərib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Oxşar yazılar