“Xəzər Lənkəran”da köhnə-yeni təyinat
11 yanvar 2013 17:39 (UTC +04:00)

“Xəzər Lənkəran”da köhnə-yeni təyinat

“Xəzər Lənkəran” futbol klubunun gənclər inkişaf proqramının rəhbəri vəzifəsinə İlhan Akgül təyin olunub. Lent.az-ın məlumatına görə, yanvarın 11-də klubun ofisində türkiyəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Akgül aşağı yaş qruplarına nəzarət edəcək. 41 yaşlı mütəxəssis “Xəzər Lənkəran”a yaxşı tanışdır. O, vaxtilə klubda idman direktoru vəzifəsində çalışan Cüneyt Biçer tərəfindən digər türk məşqçilərlə birlikdə dəvət olunub və bir il ərzində aşağı yaş qruplarını çalışdırıb. Hər iki mütəxəssis vaxtilə futbolçu həyatı yaşayıb. Akgül 19 il Türkiyənin müxtəlif liqalarında çıxış edən komandalarda 500 oyun keçirib, o cümlədən 7 il Superliqa təmsilçisi olmuş “Altay" klubunun şərəfini qoruyub. Bu mütəxəssis məşqçi qismində artıq 6 ildir ki çalışır. O, UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdir. Mütəxəssis Türkiyə millisinin aşağı yaş qrupları üzrə koordinator və məşqçi köməkçisi vəzifələrində çalışıb.

 

Akgül klubun rəsmi saytına müsahibəsində fəaliyyətinin uğurlu olacağına əminlik ifadə edib: “Azərbaycan futbolu və “Xəzər Lənkəran” mənə yaxşı tanışdır, çünki 1 il burada çalışmışam. Bu amil mənim daha yaxşı nəticə göstərməyimə əlavə töhfə verəcək. Aşağı yaş qruplarına yüzlərlə uşaqlar gəlir və onlardan yalnız bir neçəsi yaxşı futbolçu kimi yetişir. Belə oyunçuları düzgün seçmək çox vacibdir. Biz çalışacağıq ki, futbolçular təkcə fiziki baxımdan yox, həm də insani və təhsil baxımından da inkişaf etsinlər. Bu məqsədlə bizim 2 növ məşqlərimiz olacaq: futbolçuların problemsiz daha yuxarı yaş qruplarına keçməsi və uyğunlaşması üçün onların fiziki baxımdan təkmilləşdirilməsi, eləcə də fərdi xarakterin formalaşması, futbolçuların reaksiyasının, taktika və koordinasiyaya uyğunlaşmasının təmin edilməsi. Bu tədbirlər nəticəsində biz bacarıqlı futbolçuların yetişməsinə nail olacağıq, futbolçu qabiliyyəti olmayanlar isə Azərbaycan üçün yaxşı xarakterə və insani keyfiyyətlərə malik vətəndaş olacaqlar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 771
avatar

Oxşar yazılar