“Simurq” Telman İsmayılovun yanına “uçdu”
11 yanvar 2013 10:55 (UTC +04:00)

“Simurq” Telman İsmayılovun yanına “uçdu”

Azərbaycanın daha bir futbol komandası Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına yollanıb. Lent.az-ın məlumatına görə, bu, Zaqatala “Simurq”udur.

 

Klubun vitse-prezidenti Aydın Rizayevin rəhbərliyi altında qardaş ölkəyə gedən Zaqatala təmsilçisi yanvarın 11-dən gündə iki dəfə olmaqla fiziki hazırlıqlı məşqlərə başlayacaq. Legioner futbolçular isə öz ölkələrindən birbaşa Antalyaya gedəcəklər. Hazırlıq prosesi iki mərhələdən ibarət olacaq. “Sarı-qaralar” yanvarın 17-dək qədər azərbaycanlı iş adamı Telman İsmayılova məxsus “Mardan Spor Kompleksi”ndə fiziki ağırlıqlı məşqlər keçəcək və sonuncu gün ilk yoldaşlıq görüşünə çıxacaq.

 

İki günlük istirahətdən sonra “Simurq” Bələkdə yerləşən “Atlantik” otelinə keçəcək və toplanışın növbəti mərhələsinə başlayacaq. Burada isə Zaqatala təmsilçisi dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Komanda fevralın 1-də Antalya toplanışını başa vuraraq ölkəyə qayıdacaq. 

 

Qeyd edək ki, Antalyaya yollanan ilk klubumuz Ağdam “Qarabağ”ı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358
avatar

Oxşar yazılar