“Qəbələ”nin hücumçusu ilə bağlı ziddiyyətli xəbər
28 dekabr 2012 17:05 (UTC +04:00)

“Qəbələ”nin hücumçusu ilə bağlı ziddiyyətli xəbər

“Qəbələ” klubunun futbolçusu  Viktor Mendinin keçmiş komandası Türkiyə “Bucaspor”una dönmək istədiyi barədə xəbərlər yayılıb. Lent.az-ın məlumatına görə, bu barədə “Bucaspor” rəsmisi Sedat Çiftçi “Doğan” agentliyinə açıqlamasında bildirib.

 

Çiftçi bildirib ki, seneqallı hücumçu Azərbaycanda oynamaqdan məmnun deyil. Mendinin şərtləri uyğun olsa, 31 yaşlı forvard mövsümün ikinci hissəsində “Bucaspor” forması geyinə bilər.

 

“Qəbələ” klubunun baş meneceri Zaur Əzizov isə Lent.az-a açıqlamasında məlumatı təkzib edib. O, deyib ki, Mendinin hazırkı durumundan narazı olduğuna inanmır: “Viktor “Qəbələ”nin əsas heyət üzvüdür. Indiyədək nə özü, nə də fransalı meneceri bizə onun komandamızdan getmək istədiyini bildirməyiblər. Bu səbəbdən, Mendi ilə bağlı xəbəri həqiqətə uyğun saymıram”.

 

Qeyd edək ki, Viktor Mendi “Qəbələ”yə 2011-ci ilin yayında “Bucaspor”dan transfer olub.

# 649
avatar

Oxşar yazılar