“Neftçi” alban futbolçuya elçi düşüb
12 yanvar 2013 11:21 (UTC +04:00)

“Neftçi” alban futbolçuya elçi düşüb

“Neftçi" Albaniyanın "Laçi" klubunun yarımmüdafiəçisi Eryon Vuçay ilə güclənə bilər. Apasport.az saytı xəbər verir ki, bu ölkədən olan həmkarlarımızın yazdığına görə, futbolçu üçün bakılılar rəsmi təklif göndərib. "Neftçi" ilə yanaşı Polşanın "Şlensk" klubu da Vuçayın xidmətində maraqlıdı. Amma onun özünün hansı qərarı verəcəyi bilinmir.

22 yaşlı futbolçu hazırda Albaniyanın ən perspektivli futbolçularından biri hesab olunur. 1990-cı ildə anadan olan Vuçay "Vlajniya"nın yetirməsidi. Amma o, 2008-2009 mövsümündə bu komandada cəmi 1 oyun keçirib. 2009-cu ildən çıxış etdiyi "Laçi"də isə 79 oyunda 8 qol vurub. 2008-2009 mövsümündə Vuçay Albaniyanın U-19 yığmasında 1 oyuna çıxıb.

2009-2012-ci illər aralığında çağırıldığı U-21-də isə 8 oyun keçirib. 2011/12 mövsümündə Albaniya çempionatının ən yaxşı gənc futbolçusu seçilən Vuçayı Xorvatiya və Rumıniya klubları da heyətlərinə qatmaq istəyirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776
avatar

Oxşar yazılar