“İdman” qəzetinin 80 illik yubileyi qeyd olundu
21 dekabr 2012 19:48 (UTC +04:00)

“İdman” qəzetinin 80 illik yubileyi qeyd olundu

 

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov qəzeti ölkənin idman uğurlarını çox peşəkar səviyyədə işıqlandıran qocaman qəzet adlandırıb: “İnamla qeyd edirəm ki, dövlətin yeganə idman qəzeti olan bu mətbu orqan yenə sevimli qəzet olaraq qalacaq”.

 

Sonra  Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək “İdman” qəzetində müxtəlif illərdə çalışan insanlara və hazırkı kollektivə uğurlar arzulayıb.

 

Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan İdman Jurnalistləri Assosasiyasının rəhbəri Eldar İsmayılov, veteran jurnalist Oqtay Bayramov çıxış edərək, qəzetin kollektivinə təbriklərini çatdırıblar.

 

Tədbir zamanı “İdman” qəzetində uzun müddət çalışan şəxslərə mükafatlar təqdim olunub.

 

 

# 560
avatar

Oxşar yazılar