
“Dünya çempionatını qazanmağımız möcüzə olar”
Kayl Uoker İngiltərə millisinin dünya çempionatındakı şanslarını dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ingilis futbolçunun mundialın qalibi olacaqlarına inamı azdı.
O, çempion olacaqları təqdirdə, möcüzəni reallaşdıracaqlarını bildirib: “Ümid edirəm ki, mümkün qədər “uzağa” gedəcəyik, ancaq eyni zamanda, realist olmalıyıq. Bizim üçün dünya çempionatını qazanmaq möcüzə olardı, hərçənd bunu bacaracaq futbolçulara sahibik. Əksəriyyətimiz dünyanın ən yaxşı liqasında oynayırıq”.
Uoker yığma üzvlərinin kifayət qədər təcrübəyə sahib olmadıqlarını vurğulayıb. “Ola bilər ki, yaxşı oyunçulara sahibik, ancaq turnirlərdə yekun mərhələlərə yüksələcək qədər təcrübəli deyilik. Bir də təkrarlayıram: realist olmalıyıq. Mundialda bir neçə yaxşı komanda var və bizim böyük turnirlərdəki nəticələrimiz o qədər də ürəkaçan deyil. Düşərgədə olanda tez-tez bu mövzuları müzakirə edirik. İngiltərə uzun müddətdi ki, qrup mərhələsindən sonrakı etaplarda qələbə qazana bilmir. Bunun öhdəsindən gəlsək, deməli, düzgün yoldayıq” – deyə, 28 yaşlı futbolçu əlavə edib.
Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02