“Beşiktaş”ın sabiq ulduzu “Xəzər Lənkəran”da!
21 dekabr 2012 16:26 (UTC +04:00)

“Beşiktaş”ın sabiq ulduzu “Xəzər Lənkəran”da!

Qış fasiləsinə çıxan “Xəzər Lənkəran” ilk transferini reallaşdırıb. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. O bildirib ki, vaxtilə “Beşiktaş”da oynamış 27 yaşlı hücumçu Gökhan Güləçin keçidini artıq razılaşdırıblar: “Bir sıra ölkələrdə oynayan futbolçularla maraqlanırıq. Artıq Gökhanla anlaşdıq. Tibbi müayinədən keçəndən sonra rəsmi müqavilə bağlayacağıq. Həmin vaxt müqavilənin detalları bilinəcək”.

Güləç “Qaziantepspor” (2004-05, 17 oyun, 4 qol), “Beşiktaş” (2005-07, 35 oyun, 8 qol), “Dənizlispor” (2007-08, 13 oyun, 1 qol), “Bursaspor” (2008-09, 28 oyun, 6 qol), “Kasımpaşa” (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Bu ildən şərəfini qoruduğu aşağı divizion təmsilçisi “Şanlıurfaspor”un heyətində 14 görüşdə meydana çıxıb.

Türkiyənin 21 yaşlılardan ibarət yığmasında 6 oyunda 1 qol vuran Gökhanın karyerasındakı uğurlar “Beşiktaş”la olub. Belə ki, hücumçu “Qara Qartallar”la 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə eyni zamanda Türkiyə Superkubokunu qazanıb. Ancaq “Beşiktaş”a Ərtoğrul Sağlamın baş məşqçiliyə gəldiyi vaxtda “Dənizslipor”a 1 illiyə icarəyə verilən futbolçu sonradan klubla problemi üzündən müqaviləsi ləğv edilib.

 

 

# 1382
avatar

Oxşar yazılar