“Barselona”nın baş məşqçisinin qayıdış tarixi açıqlandı
29 dekabr 2012 10:40 (UTC +04:00)

“Barselona”nın baş məşqçisinin qayıdış tarixi açıqlandı

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Tito Vilanova yaxın 15 – 20 gündə fəaliyyətini bərpa edəcək. Lent.az-ın məlumatına görə, bu barədə klub prezidenti Sandro Rossel açıqlama verib.

 

O bildirib ki, Vilanova xəstəxanadan buraxıldıqdan sonra istirahət edir. Baş məşqçi eyni vaxtda həm müalicəsinə, həm də işinə davam edəcək: “Onun üçün ən əsası – sağlamlıqdır, hazırda futbol ikinci yerdədir”.

 

Qeyd edək ki, Tito Vilanova bu yaxınlarda qulaqətrafı vəzisindəki şişdən əməliyyat olunub.

# 770
avatar

Oxşar yazılar