7 il Azərbaycanda oynamış futbolçu karyerasını bitirdi
25 dekabr 2016 18:50 (UTC +04:00)

7 il Azərbaycanda oynamış futbolçu karyerasını bitirdi

Bakı “İnter”inin sabiq qapıçısı Georgi Lomaya karyerasını bitirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, Gürcüstan yığmasının da formasını geyinmiş və hazırda “Dinamo”da çıxış edən Lomayanın müqaviləsi 2017-ci ilin sonuna kimi nəzərdə tutulmuşdu.

 

Ancaq təcrübəli futbolçu bildirib ki, anlaşmaya qarşılıqlı razılaşma əsasında daha tez xitam verilib: “Mən qərara gəldim ki, karyeramı bitirim. 37 yaşım var, artıq getmək zamanıdı. Ancaq ümid edirəm ki, futbol sahəsində qalacam”.

 

Georgi həmçinin məşqçi kurslarına qatılıb, lisenziya almaq niyyətində olduğunu və mövsümün sonunda B kateqoriyası üçün ərizə yazmağa qərar verdiyini deyib.

 

Qeyd edək ki, Lomaya “bankirlər”in heyətində 2009-2016-cı illərdə çıxış edib. O, paytaxt klubu ilə 127 oyunda meydana çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar