3 olimpiada iştirakçısı fahişə çıxdı
21 dekabr 2012 16:09 (UTC +04:00)

3 olimpiada iştirakçısı fahişə çıxdı

ABŞ-ı ardıcıl 3 Yay Olimpiya Oyunlarında təmsil etmiş atlet Syuzi Feyvor Hemilton 2011-ci ilin dekabrından yüksək ödənişli fahişəlik etdiyini etiraf edib. Lent.az-ın məlumatına görə, 44 yaşlı qaçış ustası Las-Veqas, Los-Anceles, Çikaqo, Hyuston kimi böyük şəhərlərdə sifarişlə xidmət göstərdiyini bildirib.

 

 

O, öz hərəkətləri qarşılığında bütün məsuliyyəti öz üzərinə götürdüyünü söyləyib. “Mən qurban deyiləm” deyən Hemilton öz işini böyük səhv adlandırsa da, cəlbedici olduğunu vurğulayıb. Hemilton bildirib ki, əri də onun işindən xəbərdar olub və fahişəlikdən əl çəkməsini xahiş edib.

 

İdmançı sifarişli xidməti Kelli adı ilə yerinə yetirib. O, xidmətləri qarşılığında saatına 600 dollar götürüb. Hemilton fahişəliklə pul qazanmaq üçün məşğul olmayıb. Çünki özünün və ərinin uğurlu biznesi var və pul sarıdan korluq çəkmirlər. Kelli fahişəliyə başlayarkən, qısa müddətli iş kimi planlaşdırıb. Lakin bu məşğuliyyətdən xoşu gəldiyi üçün müştərilərinə xidməti davam etdirib.

 

Syuzi Feyvor Hemilton 1500 metr məsafəyə qaçış yarışlarına qatılıb. O, 1992-ci il Barselona, 1996-cı il Atlanta və 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qüvvəsini sınayıb. Sidney olimpiadasının final qaçışında Hemilton qalib gələ bilməyəcəyini anladıqdan sonra finişə 200 metr qalmış qəsdən yerə yıxılıb. İdmançı 2005-ci ildə qızı dünyaya gəldikdən sonra depressiyadan əziyyət çəkib.

# 2355
avatar

Oxşar yazılar